Türkiyə lirəsinin dəyər itirməsində Rusiya faktoru...


"Türkiyə valyutasının dollar qarşısında dəyər itirməsini əksər ekspertlər Mərkəzi Bankın hökumətdən ayrıca pul-kredit siyasətinin müstəqil aparmamasından və sədrin tez-tez dəyişməsindən qaynaqlanan problemlər kimi qiymətləndirirlər. Mən də bu fikiri bölüşürəm".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı alim, sabiq millət vəkili Nazim Bəydəmirli deyib. Onun sözlərinə görə, Türkiyə iqtisadiyyatına vəsait yatızdıran xarici investorlar əsas olaraq hökumətin siyasətinə baxaraq vəsaitlərini çəkirlər:

"O zaman dollara tələb artır. Bunun qarşılığı olmadıqda kurs artır. Eyni zamanda Türkiyənin yerləşdiyi bölgə həssas olduğundan çox vaxt xarici valyutanın kutsu həm də regionun stabilliyi və daha çox hökumətin apardığı siyasətlə bağlı olur. Ona görə Türkiyə son zamanlar Rusiyanın birmənalı olaraq yanında rol alması, müxtəlif strateji layihələrdə Rusiyaya dəstək verməsi də yəqin Qərb investorlarını bir çox məsələlərdə düşünməyə vadar edir. Onlar da vəsaitlərini geri çəkirlər. Belə olan zamanda da lirə dəyərini itirir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu