Qonşu ölkələrdə milli valyutaların ucuzlaşmasının manata təsiri... - Deputat


"Növbəti dövrlərdə də manatın məzənnəsində Mərkəzi Bankın mövqeyi həlledici olacaq”.


Qaynarinfo xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov Mərkəzi Bankın qonşu ölkələrin milli valyutaların dollara nisbətən dəyər itiriməsi ilə bağlı açıqlamasına aydınlıq gətirərkən deyib. O bildirib ki, regionun aparıcı ölkələrində milli valyutaların ucuzlaşmasının hazırda valyuta bazarımıza iqtisadi deyil, daha çox psixoloji təsirləri var:

"Bununla yanaşı, Mərkəzi Bankın açıqlamasından da görsəndiyi kimi, neftin dünya bazar qiyməti bu kontekstdə daha vacib indikatordur. Çünki ölkəyə daxil olan valyutanın 85 faizə yaxınını enerji sektoru formalaşdırır. Hazırda isə neftin qiyməti Mərkəzi Bank üçün məqbul səviyyədə hesab oluna bilər. Bununla belə, neft bazarında volatilliyin yüksək olması da diqqətdə saxlanılmalıdır”.

Deputat qeyd edib ki, həm Türkiyə, həm də Rusiya Azərbaycan üçün vacib ticarət tərəfdaşlarındandır:

"Türkiyə ilə 4.5 milyard dollara yaxın, Rusiya ilə isə 3 milyard dollardan artıq ticarətimiz var. Bu ümumi xarici ticarət dövriyyəmizin 23 faizi deməkdir. Bu baxımdan, əsas ticarət tərəfdaşlarımızdakı iqtisadi və maliyyə dəyişikliklərin xarici ticarət dövriyyəmizə təsirlərinin minimumlaşdırılması istiqamətində fəaliyyətlərin genişləndirilməsi də məqsədəuyğundur”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu