AZAL Azərbaycana belə zərbə vurur...


"Azərbaycanda aviabiletlərin qiymətinin baha olmasının yeganə səbəbi AZAL-ın inhisarçılıq siyasətidir".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Bakıdan Türkiyənin İstanbul şəhərinə uçuş biletlərinin qiymətinin 300 dollara olmasına münasibət bildirərkən deyib. O deyib ki, AZAL nəinki bazara nəzarəti tam öz əlinə götürüb, hətta bazara daxil olmaq istəyən şirkətlərə süni əngəllər yaradır:

"Ya da buraxdığı şirkətlərlə öz qaydalarına uyğun işləməsinə, yəni, AZAL-ın qaydalarına uyğun işləməsi üçün təzyiq göstərir. Yoxsa həmin şirkətlərin Azərbaycan bazarında işləməsinə maneçiliklər törədərlər. Ona görə də lokos şirkətlər, ucuz hava daşımaçılığı olan şirkətlər Azərbaycana gələ bilmirlər. Gəlsələr də, AZAL-ın qaydaları ilə işləməyə məcbur qalırlar".

Natiq Cəfərli qeyd edib ki, AZAL-ın bu inhisarçılıq siyasəti həm ölkə vətəndaşlarının cibinə ziyan vurur, həm də postpandemiya dövründə turizmin inkişafı üçün əsas əngəllərdən biridir:

"AZAL-ın bu siyasəti nəticədə Azərbaycanın turizm potensialına da böyük zərbə vurur".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu