Gürcüstan sabah “Pfizer” peyvəndi əldə edəcək
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə UNICEF-in Gürcüstan nümayəndəliyindən bildirilib.
Məlumata əsasən, preparatlar ABŞ-dan tədarük ediləcək.
Xatırladaq ki, qonşu ölkə martın 13-də 43 200 dozalıq “AstraZeneca” preparatı idxal edib. Aprel ayında daha 86 400 doza vaksinin tədarükü gözlənilir.