Yaponiyada helikopter qəzası baş verib, xəsarət alanlar var


Yaponiyanın mərkəzi hissəsindəki Naqano prefekturasında baş verən helikopter qəzası nəticəsində azı altı nəfər müxtəlif xəsarətlər alıb.

“Report”un məlumatına görə, bu barədə NHK telekanalı bildirib.

Qeyd edilir ki, pilot da daxil olmaqla, zərərçəkənlərdən dördünə omba və onurğa sınıqları kimi ağır zədə diaqnozları qoyulub.

Yaponiyanın Nəqliyyat Təhlükəsizliyinə Nəzarət üzrə Komitəsi fakt üzrə yoxlamaya başlayıb.

Daha əvvəl “Kyodo” agentliyi bildirib ki, helikopter qəzası nəticəsində yalnız pilot xəsarət alıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu