Gürcüstanda üç bölgə koronavirusa görə “qırmızı zona” elan oluna bilər
Gürcüstanda koronavirusun ən çox yayıldığı üç bölgə “qırmızı zona” elan edilə bilər.
[h1][/h1]“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın səhiyyə naziri Ekaterina Tikaradze bildirib.
Onun sözlərinə görə, hazırda Quriya, İmereti bölgələri və Tbilisidə hərəkət intensivliyi müşahidə olunur: "İnfeksiyanın yayılma göstəricisi yüksək olduğundan bu bölgələrdə məhdudiyyətlərin tətbiq olunacağını istisna etmirəm".
Qeyd edək ki, qonşu ölkədə son sutkada ən çox yoluxma faktı 237 olmaqla Tbilisidə qeydə alınıb.