Azərbaycanda bir gündə 1333 nəfər COVID-19-a yoluxub, 18 nəfər vəfat edib
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AFN-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 248 307 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 233 356 nəfər müalicə olunaraq sağalıb, 3 384 nəfər vəfat edib, aktiv xəstə sayı 11 567 nəfərdir.
Ölkədə son sutka ərzində 8 517, hazırkı dövrədək isə 2 790 980 test aparılıb.