Balakəndə karantin qaydalarını pozan kafe aşkarlandı
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, vətəndaş Ramil İsmayılovun icarə əsasında işlətdiyi kafenin gecə saatlarında gizli şəkildə fəaliyyət göstərdiyi müəyyən edilib.
Obyektin icarədarı barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülüb, həmçinin onunla profilaktik söhbət aparılıb, karantin qaydalarına riayət etməsinin vacibliyi diqqətə çatdırılıb.