Qazaxda 6 məktəb koronavirusa görə bağlandı - bir direktor öldü


Qazaxda 6 orta məktəb koronavirusa görə bağlanıb.

Bu barədə APA-ya Qazax Şəhər Təhsil Şöbəsindən bildirilib.

Rayonun 6 məktəbində COVID-19 infeksiyasına yoluxmalar təsdiq olunub.

Məktəblərdə müəllim və şagirdlər arasında koronavirusun yayılmasının qarşısını almaq üçün dərslərin iki həftəlik distant davam etdirilməsi qərara alınıb.

Bundan əlavə, Qazax rayon Aslanbəyli kənd orta məktəbinin direktoru, 1956-cı il təvəllüdlü Dilqəm Məmmədov COVID-19-dan vəfat edib. Hazırda onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, ötən gün Gəncə şəhəri 13 nömrəli məktəbin direktoru Hüsnay Mövlayeva da koronavirusun qurbanı olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu