Azərbaycanlı milyarderin şirkəti məhkəməyə verildi
“Dərhal LTD” MMC Teymur Əhmədov adına “Aznar” QSC-ni məhkəməyə verib.
İddia Bakı Kommerisya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır. Məhkəmə çəkişməsinin kökündə daşıma müqaviləsi üzrə mübahisələr dayanır.
“Aznar” QSC-nin qanuni təmsilçisi Teymur Əhmədovdur. O, iş adamı, Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədovun qardaşıdır. Fərhad Əhmədov həm də “Aznar”ın təsisçisi və mojaritar səhmdarıdır.
“Dərhal LTD” MMC isə daşıma şirkətidir.(hit.az)