Uşaqlar arasında da yoluxma sürətlə artır - VƏZİYYƏT PİSLƏŞİB


Son günlərdə koronavirusa yoluxanların sayının sürrətlə artması cəmiyyətdə narahatçılığa səbəb olub.



Redaktor.az xəbər verir ki, yeni Britaniya ştammının klinik əlamətləri artıq uşaqlarda da aşkar olunub. Həkimlər qeyd edirlər ki, xüsusi ilə 8-12 yaş arası uşaqlarda özünü daha çox biruzə verən virus ciyərlərə təsir göstərmiyibsə, uşaqların dərman qəbul etməsi məsləhət deyil.

Həkim-infeksionist Nilufər Məmmədova uşaqlar arasında yoluxmanın davam etdiyini bildirib:

“Uşaqlarda da bu virusa yoluxma var, sadəcə onlar arasında ağırlaşma prosesi az müşahidə olunur. Uşaqlar bu xəstəliyin ağırlaşmasına görə risk qrupuna daxil deyillər. Yalnız xüsusi qrup uşaqlar var ki, transplantasiya olunmuş uşaqlar, ankaloji xəstəlikləri olanlar və s.”.

Uşaqları bu virusdan qorumaq üçün valideyinlərdən övladlarının gigiyenası ilə daha ciddi məşqul olmağı, insanların çox toplandığı məkanlardan uzaq durmağı, maskadan istifadə etmələrini tövsiyyə edirik".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu