Hazırlıq kursları fəaliyyətini davam etdirəcəkmi?
Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda hazırlıq kursları fəaliyyətini davam etdirəcək.
AFN “Report”a istinadən xəbər verir ki, Təhsil Nazirliyinin bugünkü qərarında aprelin 5-də həmin ərazilərdə yalnız ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili, yəni məktəblərin bağlanması məsələsi yer alıb.
Beləliklə, bağlanan təhsil ocaqları sırasına hazırlıq kursları daxil deyil.
Nazirliyin məlumatında o da qeyd olunub ki, digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.