Dünya Bankının Azərbaycan üzrə yeni meneceri prezidentə təqdim olunub
Dünya Bankının regional direktoru Sebastian Molineus təmsil etdiyi qurumun Azərbaycan üzrə meneceri Sara Mayklı Prezident İlham Əliyevə təqdim edib.
AFN xəbər verir ki, S. Molineus dövlət başçısı ilə görüşdə deyib:
“Sara növbəti dörd ildə burada olacaq. Hesab edirəm ki, o, əla seçimdir, əgər belə deyə bilərəmsə. Siz bunu tezliklə görəcəksiniz. O, Azərbaycan Hökuməti və Dünya Bankı arasında əməkdaşlığı daha da təkmilləşdirmək üçün özü ilə bütün keyfiyyət və atributları gətirir”.