Türkiyədə karantin bu gündən sərtləşdirilir


Türkiyədə karantin rejiminin sərtləşdirilməsiylə bağlı qəbul edilən yeni qərarların icrasına bu gündən etibarən başlanılır.


“Qafqazinfo” xəbər verir ki, Türkiyədə çox yüksək riskli vilayətləri təmsil edən şəhərlərin sayı 58-ə çatıb. Yüksək risk qrupunda olan şəhərlərdə həftəsonu küçəyə çıxmaq qadağası bu gün axşam saat 21:00-dan başlayıb səhər saat 05:00-dək davam edəcək.

Çox yüksək risk qrupunda olan 58 şəhərdə isə həftə sonu küçəyə çıxma qadağası axşam saat 21:00-dan başlayıb aprelin 5-i saat 05:00- dək davam edəcək. Bu gün və sabah saat 10:00-dan 17:00- kimi marketlər və bir neçə xidmət sektoru fəaliyyət göstərəcək. Restoranlar saat 10:00 dan 20:00 kimi online şəkildə sifariş qəbul edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu