İƏT nümayəndə heyəti Ağdam Cümə məscidində namaz qılıb
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri işğaldan azad olunan Ağdam şəhərindədir.
"Report"un Qarabağ bürosu xəbər verir ki, nümayəndə heyəti şəhərin girişində ümumi əraziyə baxış keçirib.
Rayon ziyalısı Zülfü Qasımov qonaqlara Ağdam rayon 50 saylı Texniki Peşə məktəbi, 1991-ci ildə Ağdam avtovağzalının erməni terrorçuları tərəfindən partladılması barədə məlumat verib.
Daha sonra şəhər mərkəzinə yola düşüblər.
İƏT nümayəndə heyətinin üzvləri Ağdam şəhərinin mərkəzində yerləşən Cümə məscidini ziyarət edib, namaz qılıb, dualar ediblər.