Azərbaycanda ilginc olay: Şirkət özü-özünü məhkəməyə verdi - FOTOFAKT
"Elektron Məhkəmə" sistemində yer alan məlumatda göstərilir ki, "Günəş Holding MMC" Məhdud Məsuliyyətli Cəmiyyəti "Günəş Holding MMC" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, məhkımə iclasının bu gün - 08.04.2021-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Fərrux Qasımovun sədrliyi ilə keçirilməsi nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, Dövlət Vergilər Xidmətinin kommersiya qurumların dövlət reyestri məlumatlarında "Günəş Holding MMC” Məhdud Məsuliyyətli Cəmiyyəti adlı yalnız bir hüquqi şəxs mövcuddur.
Hər iki rəsmi mənbədə yer alan məlumatlardan belə görünür ki, şirkət özü-özünə qarşı məhkəmə iddiası qaldırıb.
Qeyd edək ki, "Günəş Holding MMC” MMC 05.05.2002-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamı kapitalı 4000 manat olan MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Bülbül pr, ev 25, m. 52-də erləşir. MMC-nin qanuni təmsilçisi Sultanov Rəhim Ələddin oğludur.