MTRŞ-nin üzvü qəfildən ölüb


Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvü Məmməd Cəfərov vəfat edib.

MTRŞ-nin Aparat rəhbəri Fazil Novruzov “Report”a bildirib ki, 62 yaşlı M.Cəfərov gecə saatlarında ürəktutmadan dünyasını dəyişib.

Qeyd edək ki, Məmməd Hüseyn oğlu Cəfərov 1959-cu ildə Şərur rayonunda anadan olub. O, 2005-ci ildən MTRŞ-nin üzvü idi.

Xatırladaq ki, daha əvvəl bu ilin yanvar ayında MTRŞ-nin daha bir üzvü Elyazov Mübariz Elyaz oğlu COVID-19-dan vəfat edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu