Operativ Qərargah sabah brifinq keçirəcək? - İbrahim Məmmədov AÇIQLADI


Azərbaycanda ötən gün koronavirus infeksiyasına 2457 yeni yoluxma faktı qeydə alınıb, 2002 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

AFN qazet.az-a istinadən xəbər verir ki, son günlər yoluxanların və ölüm hallarının çox olması yenidən sərtləşdirilmiş karantin rejiminin tətbiq ediləcəyi ilə bağlı müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə Nazirlər Kabineti yanında Operativ Qərargahın sabah brifinq təşkil edəcəyi ilə bağlı məlumatlar yayılıb.

Mövzu ilə bağlı açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, brifinqin təşkili ilə bağlı məlumatı yoxdur.

“Mənim məlumatım yoxdur. Məndə belə bir informasiya yoxdur”, - deyə İ.Məmmədov əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu