YAP: Cəmil Həsənliyə görə istefa verdiyini deyən şəxs partiyadan 2020-ci ildə xaric edilib
![](https://static.report.az/photo/3ca62df0-28f8-3917-872c-09b87a0cae7c_850.jpg)
YAP-ın Mətbuat xidmətindən verilən məlumata görə, E. Xəlilov uzun müddət partiya ilə əlaqə saxlamadığı, ərazi ilk partiya təşkilatının işində iştirak etmədiyi üçün YAP Səbail rayon təşkilatı İdarə Heyətinin 22.09.2020-ci il tarixli qərarı ilə partiya sıralarından xaric olunub.
YAP-ın Mətbuat xidməti sosial mediada informasiya paylaşılarkən onun dəqiqləşdirilməsini vacib hesab edir və bildirir ki, tez-tez yalnış məlumatlar yayan, xəbərləri ifşa olunan sosial media resursları oxucusunu itirməklə yanaşı, cəmiyyətdə saxta xəbər mənbəyi kimi də tanınır. YAP-ın nüfuzunu zədələmək məqsədi ilə yoxlanılmamış, obyektivlikdən və reallıqdan uzaq məlumatların məqsədli şəkildə yayılması siyasi spekulyasiyadır, manipulyasiyadır.