İndiyədək 2889 şəhidin meyiti müayinə edilərək şəxsiyyəti müəyyən olunub

Bu barədə AFN-ə Respublika Hərbi Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, indiyədək ümumilikdə 2 889 şəhidin meyiti müayinə olunaraq şəxsiyyəti müəyyən olunub.
Onlardan 1 481 meyitin şəxsiyyəti sırf istintaq yolu ilə (379-u DNT analiz nümunələrinin götürülərək müvafiq ekspertizaların keçirilməsi, 1022-i isə əl-barmaq izlərinin götürülərək eyniləşdirmə aparılması yolu ilə) müəyyən olunaraq yaxınlarına təhvil verilib.