Gədəbəydə əmisini xüsusi amansızlıqla öldürən şəxsə hökm oxunub
“Report”un əldə etdiyi məlumata görə, hakim Elmin Rüstəmovun sədrlik etdiyi prosesdə hökm oxunub.
Hökmə əsasən, A.İsgəndərova 18 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
O, Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürmə), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürməyə cəhd) 29,120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 29,186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirli bilinib.
Qeyd edək ki, hadisə ötən ilin iyul ayında Gədəbəy rayonunun Qurudərə kəndində baş verib. Kənd sakini İsgəndərov Oruc Abbas oğlunun yaşadığı ünvanda qəsdən öldürülməsi, onun arvadı Sənubər İsgəndərovanın isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə rayon porkurorluğuna məlumat daxil olub.
İlkin istintaqla cinayətin mərhum Oruc İsgəndərovun qardaşı oğlu Arzu İsgəndərov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı törədilməsi müəyyən edilib.
İttihama görə, A.İsgəndərov münaqişə zəminində əmisini öldürüb, onun arvadını öldürmək məqsədilə xəsarətlər yetirib və evlərinə benzin tökərək od vurub yandırıb.