Avropa İttifaqı Qəddafinin qızını “qara siyahı”sından çıxardı
Avropa məhkəməsinin qəbul etdiyi qərar əsasən Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin qızı Aişənin adı Avropa İttifaqının “qara siyahı”sından çıxarılıb.
“Report”un məlumatına görə, bu barədə Liviyanın “Al Wasat” xəbər portalı xəbər verib.
Avropa məhkəməsi hesab edir ki, Aişə artıq beynəlxalq sülhə və bölgədəki təhlükəsizlik üçün təhdid yaratmır. Qeyd olunub ki, Aişə uzun müddət Liviyada yaşamadığı üçün ölkənin siyasi proseslərində iştirak etməyib.
44 yaşlı Aişə Qəddafi hazırda Omanda yaşayır. Onun adı Aİ-nin “qara siyahı”sına 2011-ci ildə salınıb.