FHN-in Modul Tipli Hospitalının həbs edilən baş həkimi İmran Ağayev kimdir?
Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkiminin qanunsuz əməlləri ifşa edilib.
İmran Ağayev və Taleh İmanlıya Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, həmin müəssisənin qeydiyyatçısı Qulu Orucov isə eyni qanunsuz əməllərin törədilməsinə görə şübhəli şəxs qismində tutulub.
AFN azxeber.com-a istinadən İmran Ağayevin dosyesini təqdim edir:
İmran Ağayev 2003-cü ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib.
2003-2006-cı illərdə çənə cərrahı ixtisası üzrə internatura və kliniki ordinatura keçib.
Stomatologiya kafedrasının assistenti, tibb elmləri namizədi (tibb üzrə fəlsəfə doktoru), Azərbaycan İmplantoloqlar Assossiasiyasının üzvüdür.
2009-cu ildən bəri Azərbaycan Respublikası Gömrük Komitəsinin Mərkəzi Qospitalının stomatoloqudur.
Avropa Diş İmplantoloqları Assosiasiyasında üzvlüyə malikdir.
2010-cu ilin Yanvar ayında ABŞ, Nyu Cersi ştatında "The Collaborative Art of Guided İmplant Dentistry” Leksiya və Praktik nəzəriyyə kursunda iştirak edib.
2009-cu ildən Mərkəzi Gömrük Hospitalında Stomatoloq vəzifəsində çalışıb.
2012-ci ildən MediStyle Dentalda Stomatoloq vəzifəsində çalışıb.
2014-cü ildə MediStyle Hospitalın baş həkimi olub.
O həbsə qədər FHN-in Modul Tipli Xəstəxanasının baş həkimi olub.