Daha bir elektron dələduzluq faktı ifşa edildi
Bu barədə AFN-ə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti - Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən məlumat verilib.
Məlumata görə, dələduzlar aşağıdakı tipli veb sayt yaradaraq vətəndaşları aldatmağa çalışır:
https://azerdostavka.shop/tracks/1684209367
“Vətəndaşlara dələduz “alıcıların” əsasən xarici whatsapp nömrələri ilə göndərdiyi belə səhifələrə girməmələri tövsiyə olunur!” - deyə açıqlamada qeyd olunub.