Qarabağdakı erməni separatçılarının rəhbəri Moskvada özünə ev alır


Azərbaycanın Qarabağ bölgəsindəki erməni separatçı rejiminin tör-töküntülərinin başçısı Araik Arutyunyan həyat yoldaşı ilə birgə bir neçə gündür Moskvada səfərdədir.

“Report” xəbər verir ki, bunu “Qraparak” qəzeti yazıb.

Məqalədə qeyd olunub ki, səfər heç də könüllü xarakter daşımır: “Araik Arutyunyanı Moskvaya təlimatlandırmaq üçün çağırıblar. Rusiya xüsusi xidmət orqanları onun Ermənistan hakimiyyətinə itaət etməsindən, onların sözü ilə oturub-durmasından narahatdır. Ona görə də Araiki özünə qaytarmağa cəhd göstərirlər”.

Nəşrin məlumatına görə, separatçıların rəhbəri Rusiyaya səfərini “faydalı” etmək qərarına gəlib. Belə ki, Araik Arutyunyan Moskvada özünə ev alır.

Qəzet məsələ ilə bağlı separatçıların rəhbərinin “mətbuat katibi” Lusine Avanesyana müraciət edib. O, məlumatı nə təsdiq, nə təkzib edib: “Bizdə belə məlumat yoxdur”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu