Bakıda yol hərəkətinin təşkilindəki qüsur aradan qaldırılıb


Sosial şəbəkələrdə Bakının 20 Yanvar küçəsi ilə Asif Məhərəmov küçəsinin kəsişməsində yol hərəkətinin təşkilində qüsurun olması ilə bağlı məlumat yayılıb.

AFN xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, qurumun aidiyyəti şöbəsinin nəzarətə götürdüyü problem qısa müddət ərzində aradan qaldırılıb. Ərazidə olan dekorativ kolluqlar parkın ərazisində 10 metr kənara köçürülərək yenidən əkilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu