“Samsung”un mərhum rəhbərinin ailəsi rekord məbləğdə miras vergisi ödəyəcək
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Li ailəsinin nümayəndələri çərşənbə günü bildiriblər.
Li Qon Hinin varisləri onun həyat yoldaşı, oğlu və iki qızıdır.
Koreya Respublikasının ən varlı adamı Li Qon Hi 2020-ci ilin oktyabrında vəfat edib. Onun özündən sonra qoyduğu səhmlərin və əmlakın dəyəri 25 trilyon vondan çoxdur (təxminən, 22,5 milyard dollar).