DOST "Azərbaycan" qəzetində 8 743 manatlıq elan yerləşdirəcək


“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” (DOST) Publik Hüquqi Şəxsi “Azərbaycan” qəzeti ilə müqavilə bağlayıb. Maliyyə dəyəri 8 743 AZN təşkil edən müqavilədə elanların dərci nəzərdə tutulur.


“Azərbaycan” qəzeti dövlət nəşridir, Milli Məclisin rəsmi orqanıdır. Qəzetin baş redaktoru deputat Bəxtiyar Sadıqovdur.

DOST agentliyi Prezident İlham Əliyevin 229 nömrəli 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentlik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. (Reportyor.info)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu