Xəstəxanaya doğuş üçün müraciət edən hamilə qadınlar pul verməlidir? - RƏSMİ CAVAB


1 aprel 2021-ci il tarixindən etibarən icbari tibbi sığorta Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda tətbiq edilir.



AFN xəbər verir ki, bütün sığortaolunanlar icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən yararlanmaq hüququ əldə edib.

Vətəndaşları maraqlandıran məsələlərdən biri də hamilə qadınların doğuş zamanı icbari tibbi sığortanın xidmətlərindən pulsuz istifadə edə bilmək haqqının olub-olmamasıdır. Hamilə qadınlardan doğuş zamanı xəstəxanalarda hər hansı ödəniş tələb oluna bilərmi?

Bu suala cavab tapmaq üçün BAKU.WS İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sorğu göndərib. Qurumdan verilən cavabda qeyd olunub ki, ölkə ərazisində hamilə qadınlar doğuş zamanı tibbi sığortanın xidmətlərindən yararlana bilərlər:

"İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə 2550 sayda müxtəlif tibbi xidmət daxildir: ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ixtisaslaşdırılmış ambulator yardım xidməti, laboratoriya xidməti, fizioterapiya xidməti, invaziv radiologiya xidməti və stasionar tibbi xidmət. Bu xidmətlər içərisində normal doğuş, klassik keysəriyyə kəsiyi əməliyyatı da təminata alınıb.

Sözügedən tibbi xidmətlə bağlı xidmətlər bunlardır:

Əməliyyat önü müayinə və həkim konsultasiyası;
Anesteziya stasionar tibbi xidmət;
Reanimasiya və stasionarda yatış;
Yatış zamanı/əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf;
Yatış müddətində təyin edilmiş laborator və instrumental müayinə xərcləri, histopatoloji, sitopatoloji müayinələr, fizioterapiya, həkim təqibi;
Yemək və digər xərclər".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu