Prokurorluq əməkdaşı koronavirusdan vəfat edib


Azərbaycanda prokurorluq əməkdaşı vəfat edib.



"Report" xəbər verir ki, Cəlilabad Rayon Prokurorluğunun əməkdaşı Babayev Ramin İlham oğlu koronavirusdan dünyasını dəyişib.

Məlumata görə, o, bir müddət əvvəl koronavirusa yoluxmuşdu və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında müalicə alırdı.

Qeyd edək ki, Cəlilabad rayon sakini, 1990-cı il təvəllüdlü R.Babayev Cəlilabad Rayon Prokurorluğunda dəftərxana müdiri kimi çalışırdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu