Vahid Ələkbərov oğlunu "Spartak" rəhbərliyinə gətirdi

Rusiyanın "Spartak" klubunun Direktorlar Şurasına iki yeni üzv qəbul olunub.
"Report"un məlumatına görə, bunlar Zarema Salihova və Yusuf Ələkbərovdur.
Salihova eyni zamanda klubun Audit və Mükafatlandırma Komitəsinə rəhbərlik edəcək. O, "qırmızı-ağlar"ın prezidenti və səhmdarlarından biri Leonid Fedunun həyat yoldaşıdır.