Azərbaycanda hərbçilərlə bağlı yeni qanun layihəsi hazırlanır
![](https://static.report.az/photo/9a9c8d27-4ec7-3d84-9b8f-371a9aee5c45_850.jpg)
“Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanır”.
"Report" xəbərinə görə, bunu Milli Məclis deputatı Müşfiq Cəfərov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.
O bildirib ki, qanunun 2.2-ci bəndinə dəyişikliklər edilməlidir: “Mən təklifimi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə şifahi olaraq bildirdim. Mənə dedilər ki, hazırda “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanır”.