Azərbaycan Ordusunun itkin düşən hərbi qulluqçusunun şəhid olduğu təsdiqlənib

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçusunun nəşi tapılıb.
“Report”un xəbərinə görə, döyüşlərin ilk günlərindən itkin düşən Mingəçevir sakini, 1990-cı il təvəllüdlü Tağıyev Pərviz Hafiz oğlunun nəşi Suqovuşan-Tərtər istiqamətində aşkarlanıb.
Onun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu təsdiqlənib. P.Tağıyev bu gün saat 14:00-da Mingəçevir Şəhidlər xiyabanında torpağa tapşırılacaq.
P.Tağıyev subay idi.