TƏBİB: Azərbaycanda koronavirusun Britaniya ştammından başqa yeni növü qeydə alınmayıb
![](https://static.report.az/photo/2a11b539-a59d-37da-b101-057209c94a78_850.jpg)
"Azərbaycanda indiyədək koronavirusun Böyük Britaniya ştammından başqa yeni növ qeydə alınmayıb".
Bunu “Report”a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, ölkədə Britaniya ştammı qeydə alınan kimi ictimaiyyətə bununla bağlı məlumat verilib: "Əgər yeni ştamm qeydə alınarsa bununla bağlı açıqlama veriləcək".