Bakıda ən çox yoluxma Binəqədi və Xətaidə qeydə alınıb
“Azərbaycanın regionlarında koronavirusa yoluxma ilə bağlı ciddi dəyişiklik yoxdur və vəziyyət sabit olaraq qiymətləndirilə bilər”.
AFN xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, paytaxtın Binəqədi və Xətai rayonunda yoluxma hər zaman yüksək olub.