Bakı metrosunda sərnişindaşımanın maya dəyəri 3 dəfə artıb


2020-ci ildə "Bakı Metropoliteni" QSC-də bir sərnişinin daşınma xərci 1,54 manat təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 1,03 manat və yaxud təxminən 3 dəfə çoxdur.



Bu barədə "Report"un sorğusuna cavab olaraq qurumdan bildirilib.

Məlumata görə, sərnişindaşımanın maya dəyərinin kəskin artması koronavirus (COVID-19) pandemiyasına görə, Bakı metrosunun fasilələrlə işləməsi, sərnişin daşınmasından nəzərdə tutulduğu qədər gəlir əldə edilməməsidir.

"Ötən il 228 milyon nəfərlik sərnişindaşıma planına qarşı 74,7 milyon nəfər sərnişin daşınıb. Bunun isə 72,1 milyon nəfəri gediş haqqı ödəyib", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, 2019-cu ildə "Bakı Metropoliteni" 236,7 milyon nəfər sərnişin daşımışdı ki, bunun da 229,7 milyon nəfəri gediş haqqı ödəmişdi və bir sərnişinin daşınma xərci 51 qəpik təşkil etmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu