Bu ilin üç ayında yol qəzalarında 125 nəfər ölüb


Bu ilin yanvar-mart aylarında 376 və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,7 faiz az yol-nəqliyyat hadisəsi baş verib.


Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 11,4 faiz azalaraq 495 nəfər olub. Onlardan 125-i həlak olub, 370-i isə yaralanıb. Hadisələrin 42,8 faizi gündüz, 35,6 faizi gecə, 21,6 faizi isə toran vaxtı baş verib, 29,5 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 87,5 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 33,1 faiz azalaraq 89 nəfər, yaralananların sayı 3,4 faiz azalaraq 338 nəfər olub.(Report)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu