Yasamalda 36 yaşlı kişi özünə bıçaqla xəsarət yetirdi
![](https://static.report.az/photo/1f66b5fd-e113-4ef8-8ab0-b880bc63bc4e_850.jpg)
Bakıda intihara cəhd hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. 1985-ci il təvəllüdlü Səlimov Elxan Ağasəlim oğlu özünə bıçaqla xəsarət yetirib. Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.