İşdən çıxarılan Xalidə Bayramova: Allah hər şeyi görür...


"Allah hər şeyi görür, O ən böyük şahidimdir".


Bunu modern.az-a açıqlamasında uzun illər adı qalmaqallarda hallanan, bir neçə gün əvvəl Səbail rayon İcra Hakimiyyəti başçısının əmrilə I müavin vəzifəsindən azad olunan Xalidə Bayramova bildirib.

Baş verənlərlə bağlı ətraflı danışmaq istəməyən sabiq məmur ona görə narahat olanlara təşəkkür edib:

"Maraqlanan, narahat olanlar sağ olsun. Həqiqəti görən və bilən Allahdır. Mən bu ayda ona sığınıram".

Sabiq məmur hələlik heç bir işlə məşğul olmadğını deyib.

Xatırladaq ki, hələ 3 il əvvəl adı 162 saylı məktəbin 14 yaşlı şagirdi Elina Hacıyevanın intiharında adı hallanan X.Bayramova uzun müddət mətbuatın gündəmindən düşməmiş, həmin vaxt nə qədər etirazlar edilsə də, ona qarşı hansısa tədbir görülməmiş, yalnız icra hakimiyyətində Qəyyumluq Komissiyasındakı vəzifəsindən azad edilmişdi.

Bu dəfə isə X.Bayramova yaxın qohumuna “saxta vaksin sənədi” almaq üçün vəzifəli şəxslərə müraciət edib. Xanım müavinlə bağlı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb. O, vəzifə səlahiyyətlərindən istifadə edərək, Səbail rayonu ərazisində yerləşən 1 saylı Şəhər Poliklinikasının vəzifəli şəxslərinə zəng edib “COVID-19” xəstəliyi əleyhinə vaksinasiya prosesi ilə əlaqədar yaxın qohumuna peyvənd vurulmadan peyvəndlənmiş şəxs kimi qeydiyyata alınaraq bu barədə tibbi sənədin verilməsini tələb edib. Baş Prokurorluq onun intizam məsuliyyətinə cəlb edilməsi üçün İcra Hakimiyyətinə təqdimat göndərib.

Daha sonra Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov Xalidə Bayramovanın vəzifəsindən azad olunması ilə bağlı əmr imzalayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu