İctimai nəqliyyatın fəaliyyətinə qoyulan qadağa ləğv edilir
Azərbaycanda ictimai nəqliyyatın fəaliyyətinə qoyulan qadağanın müddəti sabah başa çatır.
Sabah 06:00-dan etibarən ictimai nəqliyyat yenidən əvvəlki qaydada vətəndaşların xidmətində olacaq.
Qeyd edək ki, Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edilmişdi. Nazirlər Kabinetinin çıxardığı qərarla 9-15 may tarixlərində ictimai nəqliyyatın fəaliyyəti dayandırılmışdı.