Xocavənddə silah-sursat aşkarlandı


İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə müvafiq tədbirlər davam etdirilir.



Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan AFN-ə verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarına təhkim olunmuş Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində keçirilən növbəti tədbirlər zamanı tərk edilən hərbi mövqelərdən 4 ədəd müxtəlif çaplı pulemyot, 1 ədəd tank əleyhinə qumbaraatan, 5 ədəd əl qumbarası, 17 ədəd avtomat darağı və 600 ədəd müxtəli çaplı patronlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu