Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ


Bakıda və Abşeron yarımadasında mayın 18-də gündüz şimal-qərb küləyinin əsəcəyi, 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.



Milli Hidrometeorologiya Xidmətindən AFN-ə verilən məlumata görə, Azərbaycanın şimal və qərb rayonlarında mayın 18-i gündüz əsasən şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir.

Xəbərdarlıq edilib ki, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu