Dövlət Turizm Agentliyi: Şuşa şəhəri gələcəkdə turizm destinasiyası olacaq


“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində potensial turizm marşrutlarının hazırlanmasına başlanılıb".

AFN xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Regional İnkişaf Sektorunun müdiri Elgün Cavadov deyib.

“Hazırda həmin ərazilərdə qiymətləndirmələr aparılır və nəticəsi təqdim ediləcək. Qarabağ, o cümlədən Şuşa şəhəri gələcəkdə turizm destinasiyası olacaq, həm yerli, həm də xarici turistlərin əsas maraq dairələsində olacaq. Bizim üçün də sevindirici haldır ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş “Arabian Tourism Market” – beynəlxalq turizm sərgisində Şuşanı təqdim edə bildik. Şuşa ilə bağlı planlar çoxdur”, - o deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu