Karantin yumşalmaları nə dərəcədə realdır? - Professor


"Bu məsələlər gündəmdədir. Düşünürəm ki, açıq havada maskasız gəzmək, kütləvi tədbirlərin müəyyən formatda keçirilməsi ilə bağlı qərarlar verilə bilər”.



Bunu AFN-ə açıqlamasında professor Adil Qeybulla karantin şərtlərinin yumşalması ehtimalından danışarkən deyib. O bildirib ki, hər şey yaranacaq vəziyyətdən asılıdır:

"Əgər epidemioloji vəziyyət bu şəkildə davam edəcəksə, vəziyyət nəzarət altına keçəcəksə, müəyyən yumşalmalar ola bilər. Onlardan biri də açıq havada kütləvi tədbirlərin müəyyən formatda keçirilməsidir. O cümlədən toylar və yas mərasimləri müəyyən formatda, məhdud çərçivədə və eyni zamanda karantin davranışlarına əməl etməklə keçirilə bilər”.

Adil Qeybulla qeyd edib ki, əgər epidemioloji vəziyyət pisləşərsə, qərarlar da dəyişə bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu