İkinci doza vaksin gecikərsə, effektivliyi az olacaq - Həkim
Birinci doza ilə ikinci doza arasında bir aydan çox müddət yaranarsa, effektivlik aşağı ola bilər.
AFN Trend-ə istinadən xəbər verir ki, bunu tibb elmləri doktoru Adil Qeybulla deyib. Onun sözlərinə görə, birinci doza zamanı immun sistemi stimulyasiyaya başlayır, ancaq bir müddət keçdikdən sonra bədənə daxilolmalar olmayınca, o da sakitləşir:
“Həkimlərin təyin etdiyi müddətdə ikinci doza daxil olarsa, bədəndə anticisim istehsalı sürətlənir. Ona görə dozalar arasındakı müddətə əməl etmək mühüm şərtdir”.
Xatırladaq ki, Azərbaycanda yanvar ayının 18-dən vaksinasiya prosesinə start verilib. Hazırda 18 yaşdan yuxarı şəxslərin peyvəndlənməsi həyata keçirilir.
İndiyə qədər ümumilikdə 1 863 292 vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya 1 054 414, ikinci mərhələ üzrə isə 808 878 təşkil edir.