Ötən gün nəşi tapılan şəhid Təbriz İbrahimov dəfn olunub - VİDEO


Vətən müharibəsində şəhid olan hərbi qulluqçu Təbriz İbrahimovun cənazəsi Bakıya gətirilib.

AFN Trend-ə istinadən xəbər verir ki, ötən gün nəşi tapılan şəhid Bakıda II Fəxri Xiyabanda dəfn olunub.

Qeyd edək ki, T.İbrahimov 1992-ci il oktyabrın 8-də Salyan rayonunun Çadırlı kəndində anadan olub.

O, 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda gedən döyüşlərə qatılıb.

T.İbrahimov sonuncu dəfə ötən ilin sentyabrın 28-də ailəsi ilə əlaqə saxlayıb. O, Murovdağın azad olunması uğrunda gedən döyüşlərdə itkin düşüb. İki gün əvvəl onun nəşi tapılıb.

Allah rəhmət eləsin!



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu