İran XİN başçısı sabah Azərbaycana gələcək
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif sabah Azərbaycana səfər edəcək.
Bu barədə AFN-ə İranın Azərbaycandakı səfirliyindən bildirilib.
Qeyd olunub ki, səfər İran İslam Respublikası və Azərbaycan Respublikası rəsmiləri arasında davamlı məsləhətləşmələr çərçivəsində baş tutacaq. İranlı nazir Azərbaycan Respublikasının yüksək vəzifəli şəxsləri ilə görüşəcək.
"Bu səfərin əsas məqsədi ikitərəfli münasibətlərdəki son inkişafları və ən vacib regional və beynəlxalq məsələləri müzakirə etmək və fikir mübadiləsi aparmaqdır", - səfirlikdən bildirilib.