Ceyhun Bayramov Avstriyaya səfərə gedib
![](https://olke.az/photo/770x415/2021/05/25/1621919880_ceyhun_bayramov_main_170518_4.jpg)
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avstriyaya yola düşüb.
Bu barədə AFN-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi ilə görüşü, ATƏT-in Daimi Şurasının xüsusi sessiyasında çıxışı, habelə Avstriyanın yüksək səviyyəli rəsmiləri, aparıcı beyin mərkəzlərinin rəhbərləri, Vyanada fəaliyyət göstərən digər beynəlxalq təşkilatların rəhbərləri ilə görüşünün keçirilməsi nəzərdə tutulur.