Deputat: "Yaxın ərazilər Şuşaya birləşdirilməlidir"
"Report"un xəbərinə görə, bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, Şuşa muzeylər şəhəridir: “Ancaq onun ən böyük simvolu Əhməd bəy Ağaoğludur. Şuşada onun irsi yaradılmalıdır. Biz bu şəhərə dünya brendinə çevriləcək şəhər kimi baxmalıyıq”.