Daha bir şəhid övladı dünyaya gəldi - FOTOLAR


Vətən müharibəsi şəhidi Rüsif Yusif oğlu Kazımovun övladı dünyaya gəlib.


Şəhidimizin övladı bu gün dünyaya göz açdığı səhiyyə ocağında qarşılanaraq, valideynlərinin sakini olduğu Cəlilabad rayon Uzuntəpə kəndinə yola salınıb.

Şəhid leytenantın övladına Nuran adı verilib.

Qeyd edək ki, Rusif Kazımov 1997-ci ildə Cəlilabad rayonunun anadan olub. O, Vətən müharibəsində Laçın rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Şəhidimiz ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu